Dünya

İsrail Ermənistanda antisemitizmin hökm sürməsi ilə əlaqədar həyəcan təbili çalır

İsrail Ermənistanda antisemitizmin hökm sürməsi ilə əlaqədar həyəcan təbili çalırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin “JewishPress” portalı son zamanlar Ermənistanda antisemit əhval-ruhiyyənin hökm sürməsi fonunda yəhudi abidələrinə qarşı vandalizm faktlarının artması ilə əlaqədar məqalə yayıb. Məqalədə İsrailin rəsmi qurumlarının və ölkə ictimaiyyətinin xoşagəlməz hadisələrə reaksiyası əksini tapıb.

Məqalədə bildirilir ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2020-ci ilin yekunlarına dair hesabatında ikinci Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm ruhunda çıxışların artması qeyd olunur.

“Rəsmilər və erməni cəmiyyəti tərəfindən həyata keçirilən antisemit hücumlarda İsrail dövlətinin və yəhudi xalqının tarixən erməni xalqına və dininə qarşı cinayətlər törətdiyi iddia olunur. Qarabağdakı müharibədən sonra belə hücumların sayı indiyədək görünməyən həddə çatıb. Ermənistan mediasında İsrailin Azərbaycana silah satışının yerli əhali arasında böyük qəzəbə səbəb olduğu və bununla əlaqədar ölkədə antisemit şüarların səsləndirildiyi nümayişlərin keçirildiyi bildirilir. İş o həddə çatıb ki, Ermənistanın baş naziri də İsraili Qarabağda guya erməni soyqırımına dəstək verməkdə günahlandırıb”, – deyə hesabatda bildirilir.

Həmçinin hesabatda Ermənistanın əksinə olaraq, Azərbaycanda plüralizmin, multikulturalizmin, dini dözümlülük və tolerantlığın dövlət siyasəti səviyyəsində olduğu qeyd edilir.

“2020-ci il ərzində Azərbycanda heç bir antisemit əhval-ruhiyyəli insident qeydə alınmayıb. Hərçənd ki, pandemiya bir çox dünya ölkələrində antisemitizmi daha da gücləndirib. Əksinə, Qarabağ müharibəsindəki qələbədən sonra azərbaycanlılar bütün ölkə boyu İsrail bayrağını dalğalandırıblar”, – deyə sənəddə bildirilir.

Məqalədə qeyd olunur ki, bu yaxınlarda İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış “Yaşamaq və unutmamaq” adlı memorial abidənin təhqir olunması Dünya Yəhudi Konqresi tərəfindən pislənilib. Konqresin yaydığı bəyanatda bildirilib ki, İrəvanındakı Holokost memorialının mənfur antisemit qrafiti ilə cızmaqara edildiyini görmək çox dəhşətlidir.

Həmçinin yazıda ravin Zamir İsayevin də sözügedən faktla bağlı “Twitter” sosial şəbəkəsində etirazını bildirməsi öz əksini tapıb:

“Bu nə biabırçılıqdır. İrəvanda Holokost qurbanlarının abidəsi alçaldılıb. Ermənilər Holokost memorialının təhqir edilməsini İsrailin Azərbaycana silah satması ilə necə əsaslandıra bilər axı? Bu kiməsə abidəni ləkələmək hüququ verirmi?”, – deyə ravin qeyd edib.

Diasporpress.az