İspaniya klubunda oynayan azərbaycanlı futbolçu növbəti qələbəyə imza atıb.
Diasporpress.az xəbər verir ki, söhbət İspaniyanın “Penas Oscenses Club Deportivo” klubunun oyunçusu azərbaycanlı gənc futbolçu Raul Dadaşovdan gedir.
O, Zaraqoza şəhərində “Aragona kubok”u uğrunda keçirilən Tarazona B və CD Penas OSCENSES qarşılaşmasında həlledici qol vuraraq təmsil etdiyi komandasının qələbəsinə nail olub və komanda kubokuna sahibi olub.
Qeyd edək ki, Dadaşov Raul Bəhruz oğlu 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. O,
Sumqayıt şəhər 1 saylı orta məktəbi bitirib.
Hələ uşaq yaşlarından futbola böyük marağı olan R.Dadaşov Sumqayıt City və Qarabag Sumqayıt FK-da oynayıb.
O, tanınmış məşqçi Kənan Kərimovun yetirməsidir.