Koronavirusdan həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə futbol üzrə İspaniya çempionatının oyunları bir dəqiqəlik sükutla başlayacaq.
“Qovorit Moskva” radiosunun məlumatına görə, La Liqada oyunlar iyunun 11-də “Real Betis” – “Sevilya” matçı ilə bərpa olunacaq.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən İspaniyada mart ayının ortalarından bütün kütləvi tədbirlər təxirə salınmışdı.
DiasporPress.az