Ölkə

İsmayıllıda “Yay Düşərgəsi” təşkil olunub – FOTOLAR

İsmayıllıda “Yay Düşərgəsi” təşkil olunub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbüsü, Qobustan Gənclər Evi SXM-nin təşkilatçılığı ilə İsmayıllı rayonunun Xanagah kəndində Qobustan və İsmayıllı rayonundan olan intelektual və yaradıcı gənclərin iştirakı ilə “Yay Düşərgəsi” təşkil olunmuşdur.

Düşərgədə qeydiyyat və müsahibə mərhələlərindən uğurla keçən 25 gənc iştirak etmişdir. Yay düşərgəsinin proqramına uyğun olaraq açılış mərasimindən sonra gənclər üçün ilk olaraq Gənclər evinin əməkdaşları Nəzrin Səmədova və Əlibaba Məliklinin təqdimatında müxtəlif oyunlar təşkil olunmuş, Qobustan rayonun fəxri gənci, Şərq döyüş idman növləri üzrə Dünya və Avropa çempionu İbad Rzazadə gənclər üçün “Sağlam həyat tərzi” mövzusunda təlim keçmiş, daha sonra isə “İsmayıllı İntelektual Oyunlar Klubu” İctimai Birliyinin sədri Azad Manaflının rəhbərliyi ilə gənclərlə qruplar şəklində müxtəlif intelektual oyunlar təşkil olunmuşdur.

Gənclər tərəfindən böyük maraqla qarşılanan “Yay Düşərgəsi”nin sonunda iştirakçılar diplomlar və müxtəlif hədiyyələrlə təltif edilmişdir.

Qobustan Gənclər Evi SXM-nin direktoru Anar İrzaquluyev bildirdi ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə bu yay ərzində paytaxt və regionlardan olan 1000-dən çox gəncin iştirakı ilə müxtəlif istiqamətlərdə və mövzularda 30-dan çox “Yay Düşərgəsi” təşkil olunmuşdur.

Qobustan Gənclər Evi olaraq gənclərimizin yay tətilinin səmərəli və əyləncəli keçirilməsini təmin etmək məqsədi ilə yay tətili başlayandan bu yana həm Qobustan şəhərinin mərkəzində “Günərzi düşərgə”lər, həm də ucqar kəndlərimizdə “Səyyar yay düşərgələr”i təşkil olunur. Müşahidə olunan odur ki, təşkil olunan yay düşərgələri gənclər tərəfindən çox böyük maraqla qarşılanır və eyni zamanda onlar böyük həvəslə əylənərək öyrənirlər.