Rusiyanın sərhəd qoşunları Ermənistan və Azərbaycan arasındakı sərhəddə dayanacaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycanın sərhəd qoşunları sərhəddə dayanacaq.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Əgər Ermənistanın öz qoşunları yetərli olmasa, Rusiya qoşunları bu ərazidə dayanacaq. Yekun olaraq qərar verilib ki, Rusiya sərhədçiləri sərhəddə dayanacaq”, – deyə o bildirib.