İraqda Yeni il bayramı günlərində Bağdadda terror aktı təşkil etməyi planlaşdıran ekstremist həbs olunub.
Bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinə istinadən “Al Sumaria” bildirib.
“Salah-ed-Din və Diyala əyalətlərində kəşfiyyat əməliyyatları nəticəsində terror özəyinin zərərsizləşdirilməsinə və dörd nəfərin, o cümlədən Yeni il bayramları zamanı özünü Bağdadda partlatmağı planlaşdıran terrorçu kamikadzenin həbs edilməsinə nail olunub”, – agentliyin açıqlamasında deyilir.
Şübhəli şəxslər etiraf ediblər ki, onlar Milad və Yeni il zamanı Bağdadda vəziyyətin sabitliyini pozmaq barədə təlimat alıblar.
Diasporpress.az