Dünya

İranın nüvə müəssisəsinə beynəlxalq müfəttişlər gəlib

İranın Qum şəhəri yaxınlığındakı Fordov yanacaqtəmizləmə müəssisəsinə (əslində uranın təmizləmə müəssisəsi) Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) müfəttişləri gəlib.

İranın nüvə müəssisəsinə beynəlxalq müfəttişlər gəlibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qum şəhəri yaxınlığındakı Fordov yanacaqtəmizləmə müəssisəsinə (əslində uranın təmizləmə müəssisəsi) Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) müfəttişləri gəlib.

DiasporPress.az “Al Jazeera”yə istinadən xəbər verir ki, İAEA sözçüsü müəssisədə hər hansı fəaliyyət barədə dərhal təşkilatın Vyanadakı qərargahına bildiriləcəyini açıqlayıb.

Bundan əvvəl İran dövlət televiziyası müfəttişlərə istinadən müəssisədə uran qazının sentrifuqlara vurulmağa başlanıldığını bildirib. Ötən gün İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Fordov müəssisəsində 5 faiz səviyyəsində uranın təmizləmə əməliyyatı yerinə yetiriləcəyini açıqlamışdı. Halbuki 2015-ci ildə İranın nüvə proqramına dair bu ölkənin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Çin ilə imzaladığı sazişə əsasən, İran uran təmizləməsində mülki layihələr üçün zəruri olan 3,67 faiz həddini aşmamaq öhdəliyi götürmüşdü.

Ötən gün İran prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının təsirini yumşaltmaq məqsədilə İran iqtisadiyyatını, xüsusilə bank və neft sektorlarını dəstəkləməyə başlamaları üçün avropalı tərəfdaşlarına daha iki aylıq möhlət verdiklərini, əks təqdirdə 2015-ci il sazişindən tamamilə çəkiləcəklərini açıqlayıb.

Qeyd edək ki, nüvə sazişinə əsasən, Fordov müəssisəsində yalnız sabit izotoplar istehsal olunaraq uran təmizlənməsi əməliyyatları bütövlüklə dayandırılacaqdı.

 

DiasporPress.az