İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.
DiasporPress.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.
Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib.
Aksiyanın dağıdılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.
Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.
https://www.youtube.com/watch?v=hyH-YWEBX8o
DiasporPress.az