Dünya

İranın İraqdakı konsulluğunun binası yandırılıb

İranın İraqdakı konsulluğunun binası yandırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Kərbəla şəhərində ictimai fəal İhab əl Vazni yaşadığı evin yaxınlığında qətlə yetirilib.

İraqın Kərbəla, Divaniyə, Zikar və Bağdad şəhərlərində onun qatilinin tapılması tələbi ilə aksiyalar keçirilib.

Bildirilib ki, qətldə İranın məsuliyyət daşıdığını iddia edən aksiyaçılar İslam Respublikasının Kərbəladakı konsulluğunun binasını yandırıblar. Etirazçılar “İran İraqdan çıx!” şüarını da veriblər.

Qeyd edək ki, İlhab əl Vazni 2019-c ildə İraqdakı etiraz aksiyalarının fəallarından olub. Onda aksiyaçılar korrpusiya etiraz edir, bir sıra sosial tələblər irəli sürürdü.

 

 

Diasporpress.az