İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrominin dekabrın əvvəlində Bakıya səfər edəcəyi gözlənilir.
DiasporPress.az İran KİV-inə istinadən xəbər verir ki, o, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edəcək.
Qeyd edək ki, M.Cahromi 2017-ci ilin avqustunda İKT naziri təyin olunduqdan sonra hər il sərgidə iştirak edir.
Qeyd olunur ki, İran hökuməti yerli texnologiya şirkətlərinə və startaplara “BakuTel-2019″da iştirak etmək üçün dəstək verir. İran İnformasiya Texnologiyaları Təşkilatı, Milli İnnovasiya Fondu və Elm və Texnologiya üzrə vitse-prezident Bürosu yerli texnologiya şirkətlərinə və startaplara sərgidə iştirak etmək üçün maliyyə dəstəyi göstərəcək.
Xatırladaq ki, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi dekabrın 3-dən 6-dək Bakıda keçiriləcək.
DiasporPress.az