İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi Tehranın nüvə silahına sahibi olmaq niyyətində olmadığını açıqlayıb.
PBS telekanalının məlumatına görə, Təxt-Rəvançi ölkənin ali dini lideri ayətullah Əli Xameneinin nüvə silahına sahib olmağı qadağan edən “açıq və müqəddəs əmri”nin olduğunu bildirib.
Təxt-Rəvançi, həmçinin, ölkənin müdafiə doktrinasında bu cür silaha yer olmadığını da qeyd edib.
“Biz nüvə silahına sahib olmaq arzusunda deyilik”, – diplomat qeyd edib.
DiasporPress.az