İranın Azərbaycandakı səfirliyi Ermənistandan keçməklə Qarabağa “yardım” aparılmasını əks etdirən videolarla bağlı Tehranla əlaqə saxlayıb.
Səfirliyin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi bildirib ki, sosial şəbəkədə video yayılandan sonra səfirlik araşdırma və dəqiqləşdirmələr üçün addımlar atmağa başlayıb: “Yayılan videolar və məlumatları araşdırmaq məqsədilə Tehranla danışmışıq. Müraciət etmişik ki, bu video və məlumatlar yayılandan sonra Azərbaycanda narahatlıq yaranıb, məsələ müvafiq qaydada araşdırılıb, rəsmi cavab verilsin. Yəqin yaxın günlərdə Tehrandan bizə cavab veriləcək, biz də məsələni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq”.
Diasporpress.az