Dünya

İranda yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın bir sıra şəhərlərində piket keçirilib.

İranda yanacağın qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın bir sıra şəhərlərində piket keçirilib.

DiasporPress.az xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları, mitinqlər olub. Kirman əyalətinin Sircan şəhərində aksiya iştirakçıları yerli neft anbarını yandırmağa cəhd göstərib. Polis hadisənin qarşısını alıb.

Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyət güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.

 

DiasporPress.az