İranda Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluqda ittiham olunan şəxsə ölüm hökmü verilib.
TASS-ın məlumatına görə, bu barədə İran İislam Respublikasının Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmaili jurnalistlərə açıqlamasında bəyan edib.
“MKİ-nin casuslarından biri olan Əmir Rəhimpura ölüm hökmü verilib. Ali Məhkəmə qərarı qüvvədə saxlayıb”, – deyə İsmaili bildirib.
O vurğulayıb ki, təqsirləndirilən şəxs İranın atom proqramı ilə bağlı informasiyanı ABŞ kəşfiyyatına ötürməyə cəhd edib.
DiasporPress.az