İranın cənub-şərqində baş verən yol-nəqliyyat hadisəsi zamanı 28 nəfər ölüb.
Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.
“Bu gün səhər saatlarında qanunsuz miqrantları daşıyan iki pikapın toqquşması nəticəsində 28 nəfər ölüb, 21 nəfər yaralanıb”, – məlumatda bildirilib.
Qəza Əfqanıstan və Pakistan sərhədindəki Sistan-Bəlucistan yolunda qeydə alınıb. Ölənlərin vətəndaşlığı açıqlanmır.
Diasporpress.az