İranda Məşhəd-Bəndər Abbas marşrutu üzrə hərəkət edən avtobus Kirman vilayətinin Bərdsir şəhərində yoldan çıxaraq aşıb. Nəticədə, yeddi nəfər həyatını itirib. Onlardan beşi qadın, ikisi kişidir.
Bu barədə ISNA Kirman hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Polkovnik Əli Əkbər Nasiri bununla bağlı agentliyə açıqlamasında bildirib ki, qəza yerli vaxtla səhər saat 08:30-da baş verib.
Onun sözlərinə görə, daha 31 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Qəzaya ilkin səbəb kimi sürət həddi və əlverişsiz hava şəraiti ilə əlaqədar yolların sürüşkən olması göstərilib.
DiasporPress.az