İranın İranşəhr şəhərində baş vermiş iki yol qəzasında ümumilikdə 12 nəfər ölüb.
DiasporPress.az-ın xəbərinə görə, Nikşəhr – İranşəhr magistral yolunda yanacaq daşıyan maşınla “Peugout” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Həmin magistral yolda növbəti qəza baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
DiasporPress.az-ın