İranın Xarici İşlər naziri Cavad Zərif general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib.
C.Zərif özünün “Twitter” hesabında yazıb ki, İŞİD, “Əl-Nusra”, “Əl-Qaidə” və digər terror birlikləri ilə ən effektiv mübarizə aparan general Süleymaninin ABŞ tərəfindən hədəf alınması və öldürülməsi beynəlxalq terror aktıdır.
Nazir bu hərəkəti son dərəcə təhlükəli və axmaq addım adlandırıb:
“ABŞ öz yaramaz avantürizminin bütün nəticələrinə görə məsuliyyət daşıyır”.
DiasporPress.az