İran hökumətinin televiziya kanalı olan “Xəbər Şəbəkəsi”ndə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik edilib və ekspertlərdən biri Qasım Süleymaninin ermənipərəst mövqeyini etiraf edib.
DiasporPress.az xəbər verir ki, canlı yayılan verilişdə ekspert “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanının niyə Ermənistana dəstək göstərdiyini izah edərkən ölkəsinin anti-Azərbaycan mövqeyini də açıqlamış olub.
“Ermənistan məsələsinə diqqət yetirin. Naxçıvan Respublikası ilə Azərbaycan Respublikası arasında quru sahəsində ayrılma var. Onların (ermənilərin-red.) Qarabağ bölgəsini Azərbaycan Respublikasına birləşdirməklə, Naxçıvanla Azərbaycanı birləşdirmək planları var idi. İlkin baxışda bunun İran İslam Respublikasının xeyrinə olduğu görünə bilər. Ancaq bunun arxasında məkrli plan var idi. Bundan sonra regionda pantürkist millət formalaşdıraraq, prosesləri digər məcrada davam etdirəcəkdilər. Lakin Qasım Süleymani bunun qarşısını aldı”, – deyə ekspert vurğulayıb.