Dünya

İran tankerində partlayış baş verib-YENİLƏNİB

İran Milli Neft Şirkətinə məxsus "Sinopa" tankerində partlayış olub.

İran tankerində partlayış baş verib-YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qırmızı dənizdə göyərtəsində partlayışlar baş verən və yanğın çıxan tankerinin iki raketin hücumuna məruz qaldığı ehtimal edilir.

DiasporPress.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Milli İran Neft Şirkəti (NIOC) dövlət korporasiyasının tankerinin sahibi bildirib.

Şirkətdən verilən məlumata görə, tankerdə təxminən 20 dəqiqə fasilə ilə (6:00 və 6:20) iki partlayış olub və onların səbəbi, ehtimal ki, raket hücumlarıdır. Hadisə Səudiyyə Ərəbistanının Ciddə limanından, təxminən, 96 km məsafədə baş verib.

Partlayışdan sonra gəminin göyərtəsində yanğın olub və neft sızması başlayıb.

Şirkətdən bildirilib ki, hadisə zamanı ekipaj üzvlərindən heç kim xəsarət almayıb və hazırda bütün dənizçilər təhlükəsiz ərazidədir.

Eyni zamanda, tankerin hazırda sabit vəziyyətdə olduğu da vurğulanıb.

10:47

İran Milli Neft Şirkətinə məxsus “Sinopa” tankerində partlayış olub.

DiasporPress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə tankerin Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığından keçdiyi zaman baş verib.

Partlayışdan sonra tankerdəki neft Qırmızı dənizə sızıb.

İranın İSNA agentliyinin məlumatına görə, neft tankerində meydana gələn partlayış terror aktı ola bilər.

DiasporPress.az