İranın Enerji naziri Rza Ərdəkaniyan ölkəsinin Rusiyadan beş milyard dollar borc alacağını açıqlayıb.
DiasporPress.az xəbər verir ki, iranlı nazir parlament tərəfindən fevral ayında təsdiqlənən kreditin istifadəsinə başlanması ilə əlaqədar sabah Moskvaya səfər edəcəyini və rus həmkarı Aleksandr Novakla görüşəcəyini qeyd edib.
Ərdəkaniyan Moskvadan alınacaq kreditin Hörmüzqan əyalətindəki 1400 meqavatlıq elektrik stansiyasının və dəmiryolu xətlərinin təmirində istifadə olunacağını söyləyib.
DiasporPress.az