“İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur”.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayıli bildirib.
“İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin”, – o qeyd edib.
V.İsmayılinin fikrincə, İran, xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olması səbəbindən ixracat və ticarət baxımından, əsasən də kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir:
“İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq.
İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınıb ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup ticarət əlaqələrinin artmasında əsas rolu oynayacaq”.
“Həmsərhəd olmağımızdan bir fürsət olaraq istifadə etməliyik və bununla əlaqədar iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək”, – deyə Vəli İsmayıli vurğulayıb.
DiasporPress.az