İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
DiasporPress.az “Mehrnews”a istinadən xəbər verir ki, hərbi təlimlər İranın Simnan əyalətində 416 min kv. km-lik ərazidə keçirilir.
Hərbi təlimlər ABŞ-ın Körfəzə 6 aydan sonra yenidən təyyarədaşıyan gəmi göndərməsi ilə eyni vaxtda başlayıb.
Qeyd edək ki, cari ilin iyun ayında İran Hörmüz boğazında ABŞ-a məxsus “RQ-4 Global Hawk” tipli pilotsuz uçan aparatı vurduğunu iddia etmişdi.
DiasporPress.az