İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-dan qisas almaq üçün 13 variant hazırlayıb.
DiasporPress.az-ın məlumatına görə, Şuranın katibi Əli Şamxani belə bəyanatla çıxış edib.
Bundan əvvəl İran parlamenti ABŞ ordusu və Pentaqonu terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ aviasiyasının raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdad hava limanı ərazisində ölüb.
DiasporPress.az