İngiltərə Premyer Liqasının rəhbərliyi VAR – videotəkrarlar sisteminin tətbiqində dəyişikliklər etmək qərarına gəlib.
“Sports.ru” xəbər verir ki, gələn həftə bununla bağlı klub nümayəndələrinin görüşü keçiriləcək.
Dəyişikliklərdən birinə əsasən baş məşqçi oyun zamanı videotəkrar tələb edə bilər. Belə bir qayda digər idman növlərində mövcuddur.
Lakin Liqa məşqçinin videotəkrar tələbinə məhdudiyyət qoymaq niyyətindədir: bundan hər oyunda 3 dəfədən artıq istifadə etmək olmaz.
DiasporPress.az