Koronavirusa görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası iyunun 8-də bərpa oluna bilər.
“Goal” nəşrinin məlumatına görə, bunu Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Məsələləri naziri Oliver Dauden bildirib.
Onun sözlərinə görə, ən yaxşı ssenaridə 2019/20-ci illər mövsümünün iyunun sonunda başa çatdırılması planlaşdırılır.
Mayın 18-də isə komandaların məşq prosesinin başlanacağı gözlənilir.
DiasporPress.az