Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirilən 135-ci sessiyasında komitənin üzvü seçilib.
Bu barədə komitənin rəsmi saytında məlumat verilib.
İnfantino ilə yanaşı, Beynəlxalq Tennis Federasiyasının (ITF) prezidenti Devid Haqqerti və Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita da BOK-nə üzv seçiliblər.
Beləliklə, BOK-nin üzvlərinin ümumi sayı 101 nəfərə çatıb.
“Üç yeni həmkarımızı komitəyə üzv seçilmələri münasibətilə təbrik edirik. Bundan sonra BOK bu təcrübəli insanların dəyərli məsləhətlərinə bel bağlaya bilər”, – komitənin sədri Tomas Bax bildirib.
DiasporPress.az