Dünya

İndi də bu yola əl atıblar” – Ərdoğandan XƏBƏRDARLIQ

İndi də bu yola əl atıblar” – Ərdoğandan XƏBƏRDARLIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 

Tələləri aradan qaldıraraq və qarşımıza çıxan maneələri dəf edərək, yolumuza davam edirik. Ölkəmizin 2023-cu il hədəflərinə çatmasında qərarlıyıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizi diz çökdürə bilməyəcəklərini başa düşənlər indi də gözlərini millətimizin birliyinə, həmrəyliyinə və gücünə dikdilər. Bu oyunu gördüyü üçün millətimiz bir-birinə sıx bağlanıb”, – Ərdoğan qeyd edib.

Ərdoğan Türkiyənin suveren hüquqlarına hörmət etməyənlərin ölkəsi üçün heç bir qiyməti olmadığını vurğulayıb:

“Bu anlayışla Suriyadan Liviyaya, Aralıq dənizindən Egeyə qədər bütün mübarizələrimizi davam etdirdik. Bütün dünya zamanla haqlı olduğumuzun şahidi oldu. Bu istiqamətdə qarşıdakı günlərdə bir çox faydalı gedişatları birlikdə yaşayacağıq”.

 

Diasporpress.az