Bu gün Azər Qasımlı ReAL Partiyasından istefa verib.
DiasporPress.az xəbər verir ki, son günlərə qədər partiya məclisinin sədri olan A.Qasımlı ReAL-da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib.
Natiq Cəfərli öz feysbuk səhifəsində məsələyə münasibət bildirib.
O, İlqar Məmmədovun partiyadakı gündəlik fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə gülüş doğuran açıqlamalar verib:
“ReAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İlqar bəy də bunu normal qarşılayıb. İndiki siyasi sistemdə başqa təşkilatlarda bu mümkün deyil.
Hər səhər ofisə ən tez İlqar gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir. Belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. ReAL təkadam təşkilatı ola bilməz, bu mümkün deyil, belə olsaydı ReAL-ı niyə yaradırdıq ki?! Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da. ReAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. ReAL-ın özəlliyi və gözəlliyi də məhz budur! ReAL həmişə şəxsi incikliyini və ambisiyasını arxa plana alan liderlərin təşkilatıdır – bu belədir, belə də olacaq!”.
DiasporPress.az