Tarixdə ilk dəfə olaraq yalnız qadınlardan ibarət heyət açıq kosmosa çıxa bilər.
“İnterfaks”ın verdiyi məlumata görə, bu şərəfə amerikalı astronavtlar – Kristina Kuk və Enn Makkleyn layiq görülüblər.
Bu kosmik əməliyyatın 2019-cu ilə planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, indiyədək açıq kosmosa yalnız qadınlardan ibarət heyət çıxmayıb.
Məlumata əsasən, Kuk və Makkleyn hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindədirlər.
DiasporPress.az