Ölkə

İlin ilk kitabı: “Akvariumdakı adamlar” oxuculara təqdim olundu – FOTOLAR

İlin ilk kitabı: “Akvariumdakı adamlar” oxuculara təqdim olundu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şair Mirbağır Bünyatovun (Xəttat Kilimçi) yeni şeirlər kitabının imza günü keçirilib.

Diasporpress.az xəbər verir ki, imza günündə müəllifin “Akvariumdakı adamlar” adlı yeni şeirlər kitabı oxuculara təqdim olunub.

Təqdimat mərasimində Azərbaycanın tanınmış qələm adamları, yazıçı və şairlər, eləcə də ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər.

Mərasim zamanı çıxış edənlər M.Bünyatovun yaradıcılığından söz açıb və onun əsərlərində yer alan mövzuların hər zaman aktual olduğunu vurğulayıblar.

Qeyd edilib ki, müəllifin yaradıcılığında bəhs olunan sevgi, məhəbbət, vətən və s. mövzular hər zaman özünəməxsus şəkildə təqdim olunub. Məhz buna görə də onun şeirləri ilə müasir Azərbaycan ədəbiyyatına və poeziya sənətinə yeni nəfəsin gəldiyi bildirilib.

Çıxışçılar M.Bünyatovun öz xüsusi dəsti-xəttinin mövcud olduğunu və heç bir yaradıcı adamı təqlid etmədiyini söyləyiblər. Qeyd edilib ki, bu səbəbdən şair sözə və sənətə qiymət verən oxucular tərəfindən daim sevilir və onun əsərlərinə maraq gündən-günə artır.

Çıxış edən M.Bünyatov təqdimat mərasiminə qatılan bütün iştirakçıları salamlayıb, o, hər kəsə öz təşəkkürünü bildirib.

Mərasimdə gənc ifaçı Röyal Musa tərəfindən gitaranın müşayiətilə M.Bünyatovun şeirləri səsləndirilib. Bu, tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, “Akvariumdakı adamlar” adlı şeirlər kitabı şairin sayca üçüncü kitabıdır. Kitabın redaktoru Cəbrail Həşimov, korrektoru isə Elnur Nəhmətdir.

Müəllifin bundan əvvəl qələmə aldığı “Mən Şekspir deyiləm, Angel” və “Sinifdən xaric oxu” adlı şeirlər kitabları müxtəlif vaxtlarda geniş oxucu kütləsinə təqdim olunub.

Şairin ‘Sənə yol gəlirəm axşam tərəfi” şeiri Azərbaycanda dillər əzbərinə çevrilmiş şeirlərdən biridir.

Xatırladaq ki, Mirbağır Bünyatov 1985-ci ildə Cəlilabad rayonun Qarazəncir kəndində anadan olub. O, şeirlərini Xəttat Kilimçi imzası ilə oxuculara təqdim edib. M.Bünyatov Qarazəncir kənd tam orta məktəbində tarix müəllimi vəzifəsində çalışır.

Zəruri qeyd: müəllifin “Mən Şekspir deyiləm, Angel” adlı kitabının təqdimatı mərasimi ilə bu link vasitəsilə tanış ola bilərsiniz.