Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşəcək.
Diasporpress.az xəbər verir ki, bu iddia ilə erməni KİV-i çıxış edib.
Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Azərbaycan Prezidenti ilə erməni baş nazir yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşəcəklər.
“Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr keçiriləcək”, – erməni mənbələr yazır.
Diasporpress.az