Ölkə

İki deputat parlament seçkilərini izləmək üçün Bolqarıstana gedir

İki deputat parlament seçkilərini izləmək üçün Bolqarıstana gedirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iki deputatı Bolqarıstandakı parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də Sofiyaya yola düşəcək.

Bu barədə  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Həmin iki deputat Musa Quliyev və Rauf Əliyevdir.

Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcəklər.

Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlar bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.

 

DİASPORPRESS.AZ