Dünya

II Yelizaveta ənənələri pozdu: kraliçaya tacı ağırlıq edir – FOTO

Britaniya kraliçası II Yelizaveta ilk dəfə olaraq qədim ənənəni pozub.

II Yelizaveta ənənələri pozdu: kraliçaya tacı ağırlıq edir – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya kraliçası II Yelizaveta ilk dəfə olaraq qədim ənənəni pozub.

“The Sun” xəbər verir ki, parlament qarşısında ənənəvi çıxışı zamanı kraliça tacını taxmayıb.

Ehtimala görə, tac 93 yaşlı kraliçaya ağırlıq edir. Britaniya krallığının tacı minlərlə brilyant, zümrüd və sapfirlərlə bəzədilib və ümumi çəkisi 1,3 kiloqramdır.

Kraliça parlamentdəki mərasimə tacın əvəzinə IV Qeorqun diademasını taxıb. Tac isə kral hakimiyyətinin simvolu kimi yastığın üzərində zala gətirilib.

Bu kraliçanın parlamentdə 65-ci nitqi olub.