Türkiyənin İğdır bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolu nəqliyyatın istifadəsi üçün yenidən açılıb.
Məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, İğdırın Aralıq rayonunda yağan leysan yağışlar selə səbəb olmuşdu. Əyalətin Qaraqoyunlu rayonunda baş verən fırtına nəticəsində evlərin dam ötrükləıri uçmuş, ağaclar aşmışdı. Sel nəicəsində Türkiyə-Naxçıvan avtomobil yolu da bağlanmışdı. Görülən işlər nəticəsində yol istifadə üçün yenidən açılıb.
Diasporpress.az