Dünya

İƏT Təmas Qrupunun üzvləri Ağdam və Gəncəyə səfər edəcəklər

İƏT Təmas Qrupunun üzvləri Ağdam və Gəncəyə səfər edəcəklərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəyə səfəri başlayıb.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 6-da nümayəndə heyətinin, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri baş tutacaq.

Səfər çərçivəsində həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

DİASPORPRESS.AZ