Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) yeddinci dəfə ilin ən yaxşılarını müəyyənləşdirib.
DiasporPress.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mükafatlandırma mərasimində yeddi nominasiya üzrə qalib müəyyənləşib.
Əvvəlcə İAM-ın rəhbəri Elşən Məmmədov çıxış edərək yeddinci dəfə bu tədbiri keçirdiklərini və idmançılarımızın il ərzində qazandıqları nəticələrdən danışıb.
O bildirib ki, qaliblər 56 idman jurnalistinin iştirak etdiyi səsverməyə əsasən müəyyənləşib. Həmin yeddi qalib bunlardır:
İlin idman xadimi – Mahir Məmmədov (FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti)
İlin idman qurğusu – Bakı Olimpiya Stadionu
İlin futbolçusu – Emil Balayev (Milli komandamızın və Qazaxıstanın “Tobol” klubunun qapıçısı)
İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”ın yarımmüdafiəçisi)
İlin komandası – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi
İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)
İlin idmançısı – Teymur Rəcəbov (Şahmat)
Bundan başqa, xüsusi mükafatlar da verilib:
“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün – Samir Məzahir oğlu Məmmədov
Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə – Tofiq Heydərov
İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu – Şamaxı Olimpiya Kompleksi
Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu – Emin Mahmudov (“Neftçi”)