Diaspor

İcma sədri : Rusiyadakı erməni diasporu parçalanıb…

İcma sədri : Rusiyadakı erməni diasporu parçalanıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev Rusiyada erməni diasporunun xüsusilə aktiv fəaliyyət göstərdiyini deyib:

“Erməni diasporu dünyanın bir neçə ölkəsində çox güclü struktura malikdir. Lobbiçilik fəaliyyəti də güclüdür. Belə ölkələrdən biri də Rusiyadır. Ermənilər Rusiyada demək olar ki, bütün mətbuatdan, ictimai-siyasi sferadan yüksək səviyyədə istifadə edirlər. Yuxarı təbəqələrdə təmsil olunurlar. 2016-cı ildə Ermənistan-Azərbaycan arasında olan qarşıdurma bizə bunu göstərdi ki, Rusiyada informasiya, mətbuat sahəsində ermənilərə çox uduzuruq.

2016-cı ildə Azərbaycan-Ermənistan arasında olan qarşıdurmanı ermənilər Rusiya mediasına Azərbaycanın təxribatı kimi təqdim etdilər. Biz o vaxtdan ayaqdayıq və 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsinə Rusiyada yaşayan azərbaycanlı ictimai-siyasi xadimlər, diaspor nümayəndələri daha professional şəkildə hazır idilər”.

Diaspor rəhbəri Vətən Müharibəsi zamanı Azərbaycan diasporunun informasiya savaşında ermənilərə məğlub olmadığını, ölkə mediası və ictimai həyatında aktiv təmsil olunduğunu xatırladıb. Onun fikrincə, bu, ermənilər üçün gözlənilməz olub.

“Erməni diasporu azərbaycanlılar tərəfindən belə bir zərbəni gözləmirdi. Həm də Rusiya hakimiyyəti bərabərlik şərti ilə bizə ermənilərlərə mətbuatda eyni səviyyədə təmsil olunmaq imkanı verdi. Biz də bu fürsətdən istifadə edib, öz gücümüzü göstərdik. Rusiya ictimaiyyətinə, ictimai-siyasi xadimlərinə Azərbaycan həqiqətlərini, Qarabağda erməni təxribatlarının necə başladığını çatdırdıq”.

Şamil Tağıyevin fikrincə, hazırda Rusiyada erməni diasporu parçalanmış durumdadır:

“Təbii ki, burada Azərbaycan diasporunun birliyi də mühüm rol oynadı.

Əlbəttə, ötən illərlə müqayisədə hazırda Rusiyada olan erməni diasporu iflic vəziyyətdədir. Çünki 2018-ci il Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövürdən bu yana Rusiyada paralel erməni diaspor təşkilatları yarandı.

Yəni 2018-ə kimi Rusiyada fəaliyyət göstərən tək erməni təşkilatı Rusiya Erməniləri İttifaqı idi. Bu ittifaqın rəhbəri sırf rusiyapərəst, “Qarabağ klanı”nı dəstəkləyən Ara Abramyan idi.

Paşinyanın hakimiyyətini həmin təşkilatın üzvləri qəbul edə bilmirdilər. Bu səbəbdən də Paşinyana qarşı kampaniyalara başladılar. Paşinyan da başa düşdü ki, Rusiyadakı bu təşkilatlar ona fəaliyyətini təbliğ etməyə imkan verməyəcək. Buna görə də paralel bir təşkilat – Rusiya Ermənilərinin Birləşmiş Təşkilatını yaratdı. Sonuncu Qarabağ müharibəsində həmin təşkilatlar biri-birinə mane olmağa başladılar. Erməni diasporunın daxilində koordinasiya itdi. Hər təşkilat insanları öz tərəfinə çəkirdi. Və onun bazasında daha da səmərəli cəbhəyə, erməni ordusuna, xalqına kömək edəcəyini bildirirdi. Beləliklə, ermənilərin hər il gördüyü güclü, planlaşdırılmış işlərin hamısı puç oldu. Nə etdiklərini özləri bilmirdilər. Bunu öz müsahibəsində Ara Abramyan etiraf edib. Hərə özbaşına nəsə etmək istəyirdi. Mərkəz yox idi, dağılmışdı. Diasporun Ermənustana göndərdiyi milyardlarla rubl humanitar yardımın bu günə qədər hesabatını tam ala bilmirlər”.

Şamil Tağıyev Rusiyadakı ermənilərin özlərini məğlub xalq kimi hiss etdiklərini də sözlərinə əlavə edib. Onun fikrincə, Ordumuzun zəfəri dünya ermənilərinə mənəvi zərbə vurub.

“Qarabağda uduzandan sonra ermənilər Moskvada və digər şəhərlərdə özlərini məğlub milət kimi hiss edirlər. Biz onları hər gün görürük. Həm ictimai sahədə, həm də şəhərdə gəzdiyimiz, oturduğumuz, dincəldiyimiz yerlərdə… Və görürük ki, həqiqətən də onların özləri üçün yaratdığı “məğlubedilməz erməni xalqı” mifi artıq özlərinə də gülməli gəlir.

Özləri də bunu başa düşüblər. Anladılar ki, neçə illərdi özlərini aldadırmışlar.
Bu gün erməni diasporunun daxilində parçalanma var. Ermənilər bunu anlayaraq, əvvələr olduğu kimi yenidən hər kəsi toplayıb, təşkilatlanmaq istəyirlər. Amma bu, alınmır və alınmayacaq da… Çünki daxildə qarşıdurmadır. Paşinyana dəstək olanlar da var, onu satqınlıqda ittiham edənlər də… Hətta Ermənistan  prezidenti Armen Sarkisyan Moskvaya gəldiyi zaman erməni diasporunun bir çox nüfuzlu üzvləri onunla görüşə getmədilər. Onunla görüşə gedənlər sadə insanlar, elm adamlar idi. Onlar da suallarına cavab almaq üçün getmişdilər. Hazırda ermənilər dağınıq şəkilindədirlər”. modern.az