Dünya

Honkonqda etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıb

Honkonqda iyun ayından keçirilən kütləvi etiraz aksiyaları zamanı polis tərəfindən 13 yaşdan 83 yaşadək 2300 nəfər saxlanılıb.

Honkonqda etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Honkonqda iyun ayından keçirilən kütləvi etiraz aksiyaları zamanı polis tərəfindən 13 yaşdan 83 yaşadək 2300 nəfər saxlanılıb.

DiasporPress.az TASS-a istinadən xəbər verir ki, saxlanılanlar icazəsiz nümayişdə iştirak etməkdə, basqın məqsədilə silah saxlamaqda, üz örtüyünü çıxarmaq tələbinə itaətsizlikdə şübhəli bilinir.

Həmçinin polisin məlumatına görə, oktyabrın 4-7-də 12-54 yaş həddində 241 nəfərin saxlanıldığı, onlardan 77 nəfərin icazəsiz mitinqlərdə üz örtüyü taxmaq, əməkdaşlıqdan boyun qaçırmaq və üz örtüyünü çıxarmaq tələbinə itaətsizlik göstərməkdə ittiham olunur.

Xatırladaq ki, Honkonqda mart ayının axırından anti-ekstradisiya qanununu dəyişdirmək hərəkatı adı verilən silsilə nümayişlər keçirilir. Oktyabrın 4-dən isə hakimiyyət tərəfindən kütləvi tədbirlərdə üz örtüyü taxmağa qadağa qoyulmasına qarşı yeni etirazlar baş qaldırıb. Belə ki, həmin qadağaya əməl etməyən hər kəs bir ilədək həbs cəzasına məhkum edilə, yaxud 25 min Honkonq dolları (3200 ABŞ dolları) məbləğində cərimə oluna bilər.

 

DiasporPress.az