Hindistanın Madhya Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
DiasporPress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, regionun polis nümayəndəsi Abid Xan 10 sərnişinin vəziyyətinin ağır olduğunu bildirib.
Onun sözlərinə görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb, onlara lazımi yardım göstərilir.
Avtomobillərin toqquşması o qədər güclü olub ki, avtobusun 4 sərnişini hadisə yerində ölüb.
Qəza ilə bağlı digər detallar, eləcə də onun başvermə səbəbləri hələlik məlum deyil.
DiasporPress.az