Ukraynada Azərbaycan diasporu hər zaman erməni diasporundan güclü olub
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədəki erməni diasporunun durumu barədə maraqlı məlumat verib. Onun sözlərinə görə, Ukraynada Azərbaycan diasporu daim erməni diasporundan üstün olub:
“Öncə onu qeyd etmək lazımdır ki, Ukraynada Azərbaycan diasporu hər zaman erməni diasporundan güclü olub. Ermənin hansısa vəzifəyə, dövlət postuna getməsinə baxmayaraq, onlar burada Azərbaycan diasporuna heç vaxt güc gələ bilməyiblər. Çünki Azərbaycan diasporu burada çoxsaylıdır, çox güclüdür. Milli birlik var. Bu müharibədən öncə də belə olub, indi də belədir”.
Müsahibimiz Vətən müharibəsi dövründə Ukrayna mediasında və ictimai fikrində diasporumuzun düşməni üstələdiyini bir daha xatırladıb.
“Qeyd edim ki, 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycan diasporu erməni diasporuna aman vermədi. Burada bir məqamı da qeyd etmək lazımdır ki, Ukrayna dövlətinin özü separatçılıqdan əziyyət çəkir və bu mənada bizim haqq mövqeyimizi ictiamiyyətinə çatdırmağa yardımçı olurdu. İndi də belədir. 44 günlük vətən müharibəsi dövründə demək olar ki, Azərbaycan diasporu erməni diasporunu bütün məsələlərdə məğlub etdi. Həm televiziyadakı debatlarda, həm mətbuatda çıxan yazılarda… Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun nümayəndələrinin, Ukrayna prezidentinin və Ukrayna xarici işlər nazirinin rəsmi şəkildə vermiş olduğu bəyanatlar da buna əyani sübutdur”.
H.Cavadov Qarabağdakı məğlubiyyətin erməni diasporunu mənəvi baxımdan əzdiyini söyləsə də, onların qarşıdakı illərdə də təxribatlardan əl çəkməyəcəyinə əminliyini ifadə edib:
“Bu heç kimə sirr deyil ki, erməni diasporu, ümumiyyətlə erməni milləti hər zaman yalançı ideologiya üzərində qurulmuş tərzdə hərəkət edir. Yalan üzərində qurulmuş istənilən məsələdə müvəqqəti uğur qazana bilərlər. Amma artıq 44 günlük müharibə dövründə erməni yalanlarının alt-üst olduğunu və regionda gedən prosesləri anlamağa başlayıblar. Erməni diasporu çox arsız diaspordur. Yalanı doğru kimi qələmə verib, onu sübut etməyə çalışandır. Artıq ukraynalılar da bunu bilirlər. Azərbaycan diasporu bu məsələlərə sükutla yanaşmır. Lazımi səviyyədə cavablarını veririk.
Ermənilər məğlub olduqlarını çox gözəl bilirlər. Onlara öz hökümətləri tərəfindən sırınan yalanların ifşa olunması göz qabağındadır.Yalanlarla yaratmış olduqları mifi Azərbaycan Ordusu, Azərbaycan xalqı darmadağın etdi.
Bu arsız diaspora bizim də qətiyyətli cavablarımız var. Bir daha qeyd etmək istərdim ki, erməni diasporu sakit durmayacaq. Bundan sonra da hərəkətdə olacaq. Azərbaycana qarşı onlar heç vaxt dost-qardaş münasibəti bəsləyə bilməzlər. Çünki onlar doğuşdan türkə düşməndirlər.
Ermənilər bizim tarixi torpaqlarımızla özlərinə dövlət qurublar. Bunu özləri də gözəl bilirlər. Ancaq heç bir şansları yoxdur. Erməni diasporu ermən dövlətini, bütün erməniləri yığsa belə, haqq-ədalət olan məsələdə nəsə edə bilməyəcəklər”. modern.az