“Qadın sahibkarlığının inkişafı sahəsində ölkədə bir sıra yeniliklər müşahidə edilir”.
DiasporPress.az xəbər verir ki, bunu “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq” forumunda Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Onun sözlərinə görə, qadın sahibkarların sayı ilbəil artır: “Bu isə əhalinin həyat tərzinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılmasına səbəb olur. Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha güclənməldir. Sahibkar qadınlar üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir”.
O əlavə edib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarlığın istehsal etdiyi məhsullarının çıxışının daha da artırılması qadın sahibkarların inkişafına səbəb olacaq”.
H.Hüseynova əlavə edib ki, Azərbaycanın 8 rayonunda resurs mərkəzlərinin yaradılması təşəbbüsü nəticəsində 145 qadın şəxsi biznesini yaradıb.
Komitə sədri vurğulayıb ki, bütövlükdə mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur.
DiasporPress.az