METAMFETAMİN – AMFETAMİN sintetik narkotiklər ŞÜŞƏ “PATI”adi ilə də taninir.
Bu maddə hal hazırda dünyada geniş yayılmışdır. Gənclər arasında təəssüf ki , durmadan artır. Çox böyük bəlalar gətirir özü ilə. Yüksək toksikliyi ilə ürəkdə ciddi ritm pozuntusu nəticəsində qəfləti ölümə infarkta insulta yol açır. Beyində geridönməz dəyişiklliklərə psixoza şızofreniyaya şizofrenəbənzər vəziyyətə gətirib çıxardır. Dişlərin sümüklərin çürüməsinə yaddaşın itməsinə dəridə trofikanın pozulması nəticəsində xoralara yaralara daxili orqanlarda ciddi patalogiyalara səbəb olur İlk qəbuldan güclü asılılıq yaradan maddədir zamanında müdaxilə edilmədikdə şəxsiyyətin deqradasiyasina neyronlararası əlaqələrin pozulmasına MSS tamamilə siradan çıxmasına yol açır. Bəzən özünənəzarət o qədər itir ki, həmin şəxs öz həyatı və ətrafdakılar üçün təhlükəli ola bilir . Şübhəli hallarda anonimlik(gizlilik )qorunmaqla narkotik və psixotrop maddələrə qarşı test oluna bilər həmin şəxs. Müalicədə də anonimlik qorunur. Medikamentoz(dərmanla) və psixoterapevtik metodlar ilə aparılır. Maddə asılılgnda və digər psixoloji problemlərdə effektiv metod olan biheviorial koqnitiv terapiyadan (C B T)istifade edilirLazim gəldikdə sonraki mərhələdə reabilitasyon mərkəzlərə 12 addım proqramina yönəldilir. Psixoaktiv maddələrin əasas səbəbi psixoloji problemlərdir.
Burada daxili xoşbəxtlik hormonu deyilən endorfini süni yolla sintetik ve digər narkotik maddələrlə sanki əvəzləyirlər. Bu isə bildiyimiz kimi sinir hüceyrəsi üçün toksiki maddələrdir. Bu zaman eyforiya deyilən əhvalın yüksəlməsi və”həzz” duygusu artir .Bir müddət sonra qəbul edilən doza kifayət etmir və məcburən daha çox artırırlar.
Bu isə həmin şəxsdə tez zamanda öyrəncəlik və onu qəbul etmədikdə halsızlıq aqressiya depressiya disforiya “abstinensiya”deyilən kəsilmə sindromuna səbəb olur…Artıq maddə asılılığı onu sanki özündən asılı qula çevirir…Bir anlıq həzz üçün bir ömrü məhv etməyə dəyərmi?Gənc və yeniyetmələri ayıq olmaga səsləyirəm.
Həkim narkoloq-psixoterapevt
Pərvin Abbasova