Bu günlərdə istifadəyə verilən Hərbi Qənimətlər Parkına gələn bəzi şəxslər sanki buranın bir muzey olduğundan xəbərdar deyillər. Onların içərisində elələri var ki, parkda sərgilənən erməni hərbiçilərinin maketlərinə toxunaraq sanki onu yararsız vəziyyətə salmaq istəyirlər. Halbuki park ərazisində sərgilənən bu eksponlatlara ziyarətçilərin toxunmaması ilə bağlı xəbərdaredici lövhələr vurulub.
”Regional İnkişaf” İctimai Birliyinin layihə kordinatoru Zəhra Hacıyeva deyib ki, park əməkdaşları bura ziyarətə gələn vətəndaşlara sosial ara məsafəsini saxlamaq, tibbi maskadan istifadə etməklə bağlı məlumat verirlər. Ancaq bəzi şəxslər bu qaydalara nədənsə əməl etmirlər. Bundan başqa, parkda sərgilənən erməni hərbiçilərinin maketlərinə və digər hərbi texnikalara toxunmamaqla bağlı da vətəndaşlara məlumat verilir.
Bir neçə gün əvvəl erməni hərbiçisinin maketinə qarşı xoşagəlməz hərəkətlər edən şəxslə bağlı hüquq-mühafizə orqanları araşdırma aparılıb və həmin şəxsin bu əməlinə hüquqi qiymət veriləcək.
Hərbi Qənimətlər Parkında çəkiliş apardığımız zaman hərbi texnikaların üzərinə çıxıb foto çəkdirənlərə rast gəldik. Parkın mühafizəçiləri onlara yaxınlaşıb xəbərdarlıq etdilər.
Qeyd edək ki, vətəndaşlar Hərbi Qənimətlər Parkı ilə bağlı istənilən təklifləri parkın menecerlərinə verə bilərlər.
Diasporpress.az