Diaspor

Helsinkidə yaşayan azərbaycanlılar tarixi qələbəni qeyd ediblər

Helsinkidə yaşayan azərbaycanlılar tarixi qələbəni qeyd ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və erməni terrorunun qurbanı olan mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Ü.Cabbarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı tarixi qələbə bütün dünya azərbaycanlılarını, o cümlədən, Finlandiyada yaşayan soydaşlarımızı çox sevindirir.

Qeyd olunub ki, Finlandiyadakı Azərbaycan diasporu hər zaman erməni yalanlarını ifşa etmək və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edib və bundan sonra da Azərbaycanın milli-mənəvi dəyərlərinin, Qarabağın turizm potensialının, tarixi-mədəni sərvətlərinin təbliği istiqamətində davamlı işlər aparacaqdır.

 

Diasporpress.az