İnformativ Mərkəz

“Heç kim Azərbaycanla mükəmməl əlaqələrimizi poza bilməz” – Gürcüstan parlamentinin komitə sədri

“Heç kim Azərbaycanla mükəmməl əlaqələrimizi poza bilməz” – Gürcüstan parlamentinin komitə sədribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dmanisidə insident etnik deyil, məişət zəminində baş verib və fərdlər arasındakı problemdən qaynaqlanıb”.

Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri açıqlamasında söyləyib, hakim “Gürcü Arzusu” partiyasından olan deputat Elisso Bolkvadze deyib. O bildirib ki, hökumət ən qısa müddətdə problemin təfərrüatlarını araşdıracaq və bütün lazımi tədbirləri görəcək: “Heç kim bunu etnik problem kimi təqdim etməyə çalışmamalıdır. Bu, tamamilə qəbuledilməzdir. Əlbəttə, baş vermiş vəziyyət məni olduqca narahat edir. Amma qeyd etdiyim kimi, bu, şəxsi məsələ qismində baş verib. Gürcüstan üçün milliyyətindən asılı olmayaraq hər bir vətəndaşı önəmlidir. Əminəm ki, bu problem ən yaxşı şəkildə həll ediləcək. Bunun şişirdilərək iki ölkə arasında problemə çevirmək isə mümkün deyil. Azərbaycan və Gürcüstan tarixi qonşuluq münasibətlərinə malik olan strateji tərəfdaş ölkələrdir. Biz hər zaman bu xətti gözləyirik və əminəm ki, Gürcüstan dövləti də problemi ən qısa müddətdə araşdıraraq bütün lazımi tədbirləri görəcək və problem ən yaxşı şəkildə həll ediləcək”.

Elisso Bolkvadze bildirib ki, Gürcüstan üçün multikulturalizm hər zaman zənginlik sayılıb və gürcü xalqı yanaşı yaşadığı bütün xalqlarla mehriban qonşuluq münasibətləri saxlayı: “Çoxmədəniyyətlilik Gürcüstan üçün zənginlikdir. Bu, çox vacibdir, çünki tarixən gürcü xalqı yanaşı yaşadığı bütün xalqları sevib. Əminəm ki, etnik azlıqlar da Gürcüstanda yaşadıqlarına görə xoşbəxtdirlər. Ona görə də bizim hökumətimiz istənilən növ problemin sülh və barışıqla həllinin tərəfdarıdır. İnsanların bu cür münaqişələrə ehtiyacı yoxdur, insanlar sülh istəyirlər. İşləmək, əylənmək, öz həyatlarını inkişaf etdirmək istəyirlər. Heç kim gərginliyin tərəfdarı deyil. Əminəm ki, heç kim bu cür münaqişənin tərəfdarı deyil. Biz qonşu ölkələrik, birlikdə yaşamalı, öz həyatımızı, həmçinin ölkələrimizi inkişaf etdirməliyik. Gürcüstan hamı üçündür. Bu, sadəcə mənim fikrim deyil, hakim “Gürcü Arzusu” partiyası daxilindəki ümumi fikirdir. Əminəm ki, bu məsələ ilə bağlı hamımız eyni düşünürük. Heç kim və heç nə bizim Azərbaycanla olan mükəmməl əlaqələrimizi poza bilməz”.

 

BÜNYAMİN BÜNYADZADƏ

 

Diasporpress.az