Panamanın şərqində yerləşən “Xoyita” həbsxanasında baş verən iğtişaşlar nəticəsində 12 məhbus həlak olub.
TASS agentliyinin məlumatına görə, bu barədə Panamanın polis rəisinin müavini Aleksis Munos xəbər verib.
Panamanın “La Prensa” qəzeti yazır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məhbuslarla qarşıdurma zamanı odlu silahlardan istifadə edib. İnsidentin mümkün səbəbləri barədə məlumat açıqlanmır.
DiasporPress.az