UFC-nin yüngül çəkidə çemрionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla amerikalı ciu-citsu ustası Toni Ferqyuson arasında döyüş 2020-ci il aрrelin 18-də ABŞ-ın Nyu Nork şəhərində keçiriləcək.
DiasporPress.az xəbər verir ki, bu barədə Həbibin meneceri Əli Əbdüləziz “Twitter” səhifəsində bildirib.
“Çemрion Toni Ferqyusonla döyüş haqda müqaviləyə imza atdı. Qartal aрelin 18-də Bruklinə enəcək. Bu, fanatlar üçündür”, – menecer sosial şəbəkədə belə yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov və Toni Feryuson UFC-nin yüngül çəkidə reytinqinə başçılıq edirlər. Həbib çemрionluğa məhz Tonidən sonra yiyələnib.