Diaspor

Hamburqda erməni terrorunun qurbanları yad edilib

Hamburqda erməni terrorunun qurbanları yad edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan dinc vətəndaşlarımızın xatirəsini yad ediblər.

 

Hamburq şəhərinin mərkəzi küçəsində “Bərdə” sözünün və “Bərdəyə ədalət!” şüarının yazıldığı anım güşəsi təşkil edilib. Terakt qurbanlarının şəkillərinin önünə güllər, oyuncaqlar düzülüb, şamlar yandırılıb.

 

Guşənin önündən keçən yerli sakinlərə Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətindən, Azərbaycanın beynəlxalq qanunlara uyğun olaraq özünümüdafiə və ərazilərinin işğaldan azad olunması hüquqlarını həyata keçirdiyi barədə məlumat verilib.