Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
DiasporPress.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun giriş hissəsində qeydə alınıb.
Belə ki, “Xəzər” markalı avtomobil idarəetməni itirərək yolun mühafizə səddinə çırpılıb.
Nəticədə Cəbrayıl rayon sakini, 1988-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az